Çindən Qırğızıstana növbəti humanitar yardım

14 Sentyabr 2021 02:58 (UTC+04:00)

Bu gün Qırğızıstan müstəqilliyinin 30 illiyi münasibətilə Çindən bu ölkəyə COVID-19-la müdafiə tədbirləri çərçivəsində növbəti humanitar yardım göndərilib.

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, humanitar yardıma 3 milyon ədəd tibbi maska, 100 min ədəd 95 nömrəli tibbi maska, 20 min komplekt tibbi kostyum daxildir.

Səhiyyə nazirinin müavini Uluqbek Bekturqanov “Manas” beynəlxalq hava limanında humanitar yardımı qəbul edərkən Çin tərəfinə minnətdarlıq edib, əmin olduğunu bildirib ki, göndərilən müdafiə maska və kostyumları ölkədə COVID-19-un qarşısının alınmasına yardımçı olacaq.