“Vaşinqton Ukraynaya tam dəstək verəcək”

14 Sentyabr 2021 03:28 (UTC+04:00)

“...Vaşinqton Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini tam yerinə yetirmək niyyətindədir”. Qeud edək ki, bunu bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken, Amerika Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması fonunda keçirilən dinləmələrdə bildirib.

Konqresmen Brian Fitzpatrick dinləmədə bu yaxınlarda Ukraynaya səfər etdiyini bildirib. Onun sözlərinə görə, ölkədəki səlahiyyətlilər Əfqanıstanda baş verənlər fonunda ABŞ -ın Kiyevi dəstəkləməyə “hazır olduğuna şübhə edirlər”.
Maraqlıdır ki, konqresmen ABŞ dövlət katibinə

“Vaşinqton rəhbərliyinin "Rusiyanın təcavüzü halında Ukraynadakı, Çin təcavüzü halında Tayvanda dostlara" dəstək vermək üçün mümkün olan hər şeyi etmək niyyətində olduğunu təsdiq edə bilərmi?”-deyə sual edib.

ABŞ dövlət katibi isə “götürdükləri öhdəlikləri tam olaraq yerinə yetirəcəklərini” bildirib.

Ağasəf