Qətliam kimi qəza

13 Sentyabr 2021 17:27 (UTC+04:00)

Əlcəzairin qərbindəki Naama əyalətinin Əl-Məşriah ərazisi yaxınlığında yük maşını ilə sərnişin avtobusunun toqquşduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzada 18 nəfər ölüb, 6 nəfər yaralanıb. Mülki Müdafiə Ümumi Müdirliyi rəsmisi Nassim Barnavi, mülki müdafiə qruplarının yaralıları xəstəxanaya apardığını və həyatını itirənlərin Əl-Mashriah xəstəxanası meyitxanasına köçürüldüyünü bildirib. Barnavi, ölənlərin sayının artmasından narahat olduqlarını bildirib.