Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

13 Sentyabr 2021 15:43 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 266 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.