Qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir

13 Sentyabr 2021 14:58 (UTC+04:00)

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 10-da qida məhsulları sahəsində fəaliyyət göstərən 42 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. SİA xəbər verir ki, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.