Ramin Bayramlının müşaviri də istefa verdi

13 Sentyabr 2021 12:39 (UTC+04:00)

TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Xatrıladaq ki, R.Bayramlı ötən gün tvitter səhifəsində vəzifəsindən istefa verdiyini açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.