“Biz bir-birimizə qohum xalqlarıq...”

12 Sentyabr 2021 23:53 (UTC+04:00)

Belarusun “ONT” telekanalına müsahibə verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “...indi bizim Ukrayna ilə nə cür dostluq etdiyimizi bilirsiniz, amma bu, Ukrayna xalqı ilə qohumluğumuzu itirdiyimiz anlamına gəlmir” deyə bildirib.

Mətbuat katibi onu da bildirib ki, “...indi artıq Ukraynada yanlış təbliğata aldadılıb Rusiyaya nifrət etməyə başlayan insanların sayının artmasına baxmayaraq, həm ruslar, həm də ukraynalılar slavyandırlar, yəni bir-birlərinə qohum xalqlardır”

Xatırladaq ki, daha əvvəl Dmitri Peskov Moskvanın Kiyevlə münasibətləri yaxşılaşdırmaq istədiyini bildirmişdi

Qeyd edək ki, mətbuat katibi ukraynalıların “öz prezidentləri ilə özləri məşğul olmalı olduqlarını” deyən Vladimir Putinin sözlərini bir daha telekanal tamaşaçılarına xatatırladıb.

Ağasəf