İraqda türk əsgəri şəhid olub

12 Sentyabr 2021 15:20 (UTC+04:00)

Türkiyə əsgəri İraqın şimalında "Pençe-Şimşek” əməliyyatı zonasında şəhid olub. Bu barədə SİA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçuların açdığı atəş nəticəsində 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.