İranda zəlzələ

12 Sentyabr 2021 09:34 (UTC+04:00)

İranda 4,4 bal gücündə zəlzələ baş verib. SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 172 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.