Məşhur serial iştirakçıları evləndi

11 Sentyabr 2021 21:29 (UTC+04:00)

ATV ekranlarında yayımlanan və son aylarda finala çıxan Hercai serialının aktyorlarından Oya Unustası və Ahmet Tansu Taşanlar dünən evləndilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ankarada məşhur aktyorların toyunda rəngli anlar yaşanıb.

Aktyorların toy şahidlərini Engin Akyürek və Toygar Işıklı üzərinə götürdülər. Müğənni Işıklı daha sonra səhnəyə çıxaraq populyar mahnılarını səsləndirdi.

Cütlüyün ilk rəqsi hər kəsi heyrətləndirdi. Toyda iştirak edən aktrisa Ebru Şahin “İnstaqram” hesabında həmin anları paylaşıb.

Ayşən Vəli