ABŞ prezidenti qəribə jest etdi MASKASINI ÇIXARDI VƏ QIŞQIRDI

11 Sentyabr 2021 20:05 (UTC+04:00)

ABŞ prezidenti Co Baydenin Nyu -Yorkda 11 sentyabr hücumlarının qurbanlarını anma mərasimində qəribə bir jest edib. SİA xəbər verir ki, bu barədə Ağ Evin müxbiri Çarli Spayrinq, tvitter səhifəsində məlumat verib.

Məlumata görə, mərasim zamanı Amerika lideri qəflətən çənə maskasını çıxarıb kütləyə nə isə qışqırıb. Spayrinq Baydenin tam olaraq nə dediyini açıqlamayıb.

Qeyd olunur ki, Bayden tez -tez utanc verici şeylər edir. Məsələn, o, vitse -prezident Kamala Harrisi prezident adlandırıb, Rusiya lideri Vladimir Putinin soyadını səhv tələffüz edib, "peyvənd" və "eskalasiya" sözlərini bir-biri ilə, eləcə də Suriyanı Liviya ilə, İraqı İranla qarışdırıb. Bundan əlavə, prezident kürsüsünə minərkən büdrəyib.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onları tamamilə məhv edib. Terrorçuların nəzarətində olan daha bir təyyarə Vaşinqtonda Müdafiə Departamentinin binasının qərb qanadına çırpılıb. Onların qaçırdığı dördüncü sərnişin təyyarəsi Pittsburq şəhəri (Pensilvaniya) yaxınlığında qəzaya uğrayıb. Rəsmi rəqəmlərə görə, nəticədə Nyu Yorkda 2749, Vaşinqtonda 189, Pensilvaniyada 44 nəfər ölüb.