Aktrisa Vildan Atasever ötən gün 1 ildir birlikdə olduğu müğənni Mehmet Erdemlə evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Taksimdə bir oteldə baş tutan toy mərasiminə məhdud sayda qonaq gəlib.
Vildan Atasever üçüncü, Mehmet Erdem isə ilk dəfə evlənib. Vildan Atasever dizayner Arzu Ayarın hazırladığı sadə gəlinlik geyinib. Cütlük, oktyabr ayında dostlarının qatılacağı toya hazırlaşmağa davam edir.
Ayşən Vəli