Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb

11 Sentyabr 2021 12:15 (UTC+04:00)

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb.

SİA-nın məlumatına görə, heykəl paytaxtın Səbail rayonu ərazisində "İçərişəhər" metro stansiyasının qarşısında qoyulub. Hazırda heykəlin ətrafı abadlaşdırılır. Yaxın günlərdə heykəlin açılışı gözlənilir.

Qeyd edək ki, Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Xanlar Əhmədovdur.