Bu, Ankaranın Moskvaya cavab addımıdır - POLİTOLOQ ŞƏRH ETDİ

11 Sentyabr 2021 09:31 (UTC+04:00)

"10 noyabr Birgə Bəyannaməsi ilə Qarabağda müharibənin sona çatmasına baxmayaraq Rusiya tərəfi konkret olaraq öhdəlikləri yerinə yetirməyərək situasiyanı gərginləşdirir. Bu da yeni lokal toqquşamlara yol açır. Halbuki, bütün əməliyyatlar bitməli idi. Həmçinin birtərəfli olaraq "sülhməramlı" komandirlər Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadılar. Rusiya bununla neytrallağını pozaraq birbaşa Qarabağda Ermənistanın mövqeyinin olduğunu göstərir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, bütün bunlar Azərbaycana təzyiq vasitəsidir, həmçinin münaqişənin davam etdiyini göstərir: "Rusiyanın bu siyasəti Azərbaycanın hərərkətə keçməsini şərtləndirdi. Məhz Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimləri buna cavabdır və anti-terror əməliyyatlarını özündə ehtiva edir. Qeyd edim ki, Rusiya Qarabağa Abxaziyada separtizmə dəstək verən General Mixail Kosobokovu komandan təyin edib. Təbii ki, bu, erməni separtizminin dəstəklənməsinə və bundan sonra daha da intensiv olaraq Qarabağda Rusiya hərbiçilərinin taktiki döyüş təlimlərinin keçirilməsinə gətirib çıxaracaq. Həmçinin silahlı erməni təxribatlarına rəvac verəcək. Rusiyanın Qarabağda Azərbaycana qarşı bu addımı öz əleyhinə işləyəcək".

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan və Türkiyə qüvvələri Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa, Rusiya Türkiyənin qarşısından geri çəkilməli olacaq: "Ümumiyyətlə, Rusiya 10 noyanbr Birgə Bəyannaməsinin 4-cü bəndini yerinə yetirərsə, belə bir siyasi-hərbi qarşıdurmaya ehtiyac olmaz. Rusiyanın bu fəaliyyti Türkiyənin də regional siyasətini təhdid edir. Ona görə də Rusiya separtizmə dəstək verən generalını Qarabağda komandan təyin etməsinə cavab olaraq Türkiyə nümayişkaranə xüsusi əməliyyatlara bağlı bir neçə generalını Azərbaycandakı hərbi kontingentlərinə komandan təyin etdi. Bu, Ankaranın Moskvaya cavab addımdır və vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Türkiyə Rusiyaya bu addımı ilə geri çəkilməyəcəyini və daha da irəli gedəcəyini mesajını verdi. Baş verəcək probelmlər fonunda Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq".