ABŞ və Çin başçıları arasında telefon danışığı olub

11 Sentyabr 2021 07:56 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında telefon danışığı təxminən 90 dəqiqə davam edib və qarşılıqlı hörmət mühitində keçib.

Bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

C.Psaki bildirib ki, telefon danışığı 90 dəqiqəyə yaxın davam edib:

"Söhbət açıq olub, C.Bayden fikir ayrılıqları olan sahələrdən çəkinməyib, lakin söhbətin tonu irad tutmaq şəklində keçməyib. Söhbət hörmət mühitində keçib".

O əlavə edib ki, bu telefon zənginin məqsədi ünsiyyət kanallarının açıq saxlanması olub.