Türkiyə ağır yol qəzası...

11 Sentyabr 2021 07:35 (UTC+04:00)

Türkiyədə Ankara vilayətində ağır yol qəzası baş verib.

Verilən məlumata görə, Bodrum-Ankara istiqamətində gedən sərnişin avtobusu idarəetməni itərərək işıq dirəyinə çırpılıb.

Bunun nəticəsində avtobus yanmağa başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsində sonra yanğın söndürülüb və soyutma işləri aparılıb.

İlkin məlumata görə, avtobusda olan 22 nəfərdən 1-i ölüb, 20-si yaralanıb. Avtobus sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb.