"Barselona" onu transfer etməkdə israrlıdır

11 Sentyabr 2021 02:11 (UTC+04:00)

“Barselona” “İnter”in futbolçusu Marselo Brozoviçi transfer etməkdə israrlıdır.

SİA Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün müdafiəçisi Emersonu təklif edib. Lakin hələlik tərəflər ortaq məxrəcə gəlməyiblər.
Brozoviç PSJ-nin də maraq dairəsindədir.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən “İnter”in formasını geyinir.