“Ruslar gec-tez bizə hücum edəcəklər...”

11 Sentyabr 2021 00:58 (UTC+04:00)

Estoniya Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Martin Herem, yerli “ETV” kanalına verdiyi açıqlamada tezliklə Rusiyanın ölkəsinə hücum edəcəyinin gözlədiyini bildirib. Onun sözlərinə görə, bu yaxın bir neçə ildə baş verə bilər.

SİA bu barədə TASS -a istinad edir.

“Biz dəfələrlə Rusiyanın təhlükə olduğunu, hücum edə biləcəyini söyləyirik. Amma nə vaxt? Bu ilmi? Növbəti ilmi? Amma bütün bunlara baxmayaraq, biz yaxın bir neçə il ərzində bunun baş verə biləcəyini başa düşməliyik”. Deyim ki, bunu da estoniyalı general bildirir.

Generalın sözlərinə görə, belə bir hücum “hibrid müharibənin digər elementləri ilə müşayiət olunacaq hərbi qüvvələrin zamanla məhdudlaşdırılmış işğalını” təmsil edə bilər.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya və Belarusiyanın inteqrasiyasında hərbi təhlükə görür. Məhz buna görə o bildirir ki, müdafiə və iqtisadi sahələrin birləşməsi, hərbi təhlükəyə məruz qalan min kilometrlik sərhədin əlavə edildiyi üçün böyük bir problem olan de -yure deyil, de -fakto Birlik Dövlətinin yaradılması deməkdir.

Ağasəf Babayev