Tank sınaqlarında ciddi problemlər yaşanıb

10 Sentyabr 2021 17:47 (UTC+04:00)

İngiltərədə ordunun inventarına daxil olan Ajax yüngül tankının sınaqlarında ciddi problemlər yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ingilis parlament üzvü və müdafiə satınalmaları üzrə dövlət katibi Jeremy Quin bu barədə açıqlama verib. O, açıqlamasında ordunun tank sınaqları zamanı 310 əsgərin sağlamlıq problemi yaşadığını və xəstəxanaya göndərildiyini deyib.