“Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin olunub

10 Sentyabr 2021 17:06 (UTC+04:00)

Hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin olunub. SİA-nın xəbərinə görə, YAP-ın İdarə Heyətinin qərarı ilə bu vəzifəyə Alqış Musayev (Həsənoğlu) təyin olunub.

Qeyd edək ki, qəzetin bundan əvvəlki baş redaktoru deputat Hikmət Babaoğlu idi.

A.Musayev əvvəllər də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru işləyib. O, Milli Məclisin sabiq deputatıdır.