Ov edən şəxs cəzalandırılıb

10 Sentyabr 2021 16:31 (UTC+04:00)

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova SİA-ya bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.