Danimarkalı müdafiəçi Premyer Liqada

10 Sentyabr 2021 14:35 (UTC+04:00)

“Fənərbaxça” klubundan ayrılan “Zanka” ləqəbli Matias Yorgensenin İngiltərə Premyer Liqasının yeni komandası "Brentford"a transfer olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 31 yaşlı danimarkalı müdafiəçi ingilis klubu ilə 1 illik müqavilə imzalayıb. Yorgensen 2019-cu ildən “Fənərbaxça”da çıxış edirdi. Lakin o, bu klubda əsas heyət üzvünə çevrilə bilmədiyi üçün “Fortuna” (Düsseldorf) və “Kopenhagen” klublarına icarəyə verilmişdi. Danimarka yığmasında da oynamış futbolçu, "Fənərbaxça"da cəmi 18 oyuna çıxıb, 2 qol vurub.

Ziya Hikmətoğlu