Təcrübəli baş məşqçi karyerasını başa vurub

10 Sentyabr 2021 13:11 (UTC+04:00)

Qus Hiddink məşqçi karyerasını bitirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 74 yaşlı mütəxəssis “Voetball İnternational” nəşrinə açıqlamasında deyib: “Koronavirusa yoluxduğum üçün son vaxtlar işləyə bilmədim. Kurasao Futbol Federasiyasının prezidenti ilə danışdım və mənim bir müddət qalmağımı istədi. Karyeramı bitirmək qərarını vermişəm. Yenidən məşqçiliyə qayıdacam? Xeyr”.

Hiddink 2020-ci ilin sentyabrından Kurasao yığmasını çalışdırırdı. Niderlandlı mütəxəssis daha əvvəl “Real”, “Çelsi”, “Fənərbaxça”, “Valensiya” kimi klublarda və Rusiya, Türkiyə, Niderland, Avstraliya kimi yığma komandalarda baş məşqçi işləyib.

Ziya Hikmətoğlu