Arı sancmasından 62 yaşlı kişi ölüb

10 Sentyabr 2021 10:06 (UTC+04:00)

Bakıda arı sancması 62 yaşlı kişinin ölümünə səbəb olub. SİA-nın məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb.

Müşviq qəsəbəsində 1959-cu il təvəllüdlü Məmməd Bayramovu arı sancıb. O təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt araşdırılır.