Azərbaycan xalçaları ilk dəfə Moskvada sərgilənəcək. “Azərxalça” ASC ilk dəfə Moskvada təşkil olunan beynəlxalq tekstil sərgisində iştirak edəcək. SİA xəbər verir ki, “Azərxalça” 14-16 sentyabr tarixlərində Moskvada təşkil olunan beynəlxalq ev tekstili sərgisi “Heimtextil”də iştirak edəcək.
Qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib ki, sərgidə bütün növ Azərbaycan xalçaları nümayiş ediləcək: “Daha çox isə Qarabağ xalçalarına üstünlük veriləcək. Sərgidə Azərbaycan xalçaları “Made in Azerbaijan” brendi altında guşədə nümayiş etdiriləcək. Burada klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçalarımız nümayiş olunacaq”.