Britaniyada koronavirusdan daha 167 nəfər ölüb

10 Sentyabr 2021 01:47 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 38 013 yoluxma halı qeydə alınıb.

"Sinxua" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 132 072 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 167 nəfər, hazırkı dövrədək isə 133 841 nəfər vəfat edib.