ABŞ-ın xarici siyasəti Bayden dövründə dəyişməyib -KREML BELƏ HESAB EDIR

9 Sentyabr 2021 20:45 (UTC+04:00)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, ABŞ -ın xarici siyasətinin mahiyyətinin Co Baydenin hakimiyyətə gəlişindən bəri dəyişmədiyini söyləyib. SİA xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi bu sözləri Birinci Kanalda “Böyük Oyun” proqramının canlı yayımında deyib.

"Ümumilikdə ABŞ-ın xarici siyasəti olduqca statikdir. Yəqin ki, bu siyasətin mahiyyəti prezidentdən prezidentə dəyişmir və bu açıq-aşkar belədir", deyə Peskov bildirib.

Həmçinin Peskov Əfqanıstandakı vəziyyətdən də danışıb.

"Əfqanıstanda baş verənlərdən bəhs etsək, buna uğur demək olmaz, daha doğrusu uğursuzluq adlandırmaq olar. Digər tərəfdən, bu, ilk uğursuzluq deyil. Amerikalılar yaşadıqları və aşkardır ki, Birləşmiş Ştatların öz maraqlarına praqmatik yanaşma baxımından ziyan o qədər də böyük deyil, əksinə görüntü olaraq ziyanıdır", deyə Peskov əlavə edib.

O, eyni zamanda əlavə edib ki, "bütün dünya və ABŞ üçün daha bir terror təhlükəsi ehtimalından danışsaq, "indi hamımız taliblərin hansı addımlar atacağını görməliyik", deyə Rusiya prezidentinin mətbuat katibi fikirlərini yekunlaşdırıb.