Danimarkalı ulduz futbolçu məşqlərə başlayıb?

9 Sentyabr 2021 17:28 (UTC+04:00)

“İnter”in futbolçusu Kristian Eriksen oktyabr ayından məşqlərə başlaya bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, danimarkalı yarımmüdafiəçinin gələn aydan fərdi məşqlərə başlayacağı bildirilib. AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan danimarkalı futbolçu Kristian Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Ziya Hikmətoğlu