Yeni onlayn oyunların təsdiqi dayandırılıb

9 Sentyabr 2021 17:18 (UTC+04:00)

Çin, oyun asılılığı ilə mübarizə kampaniyasında daha bir addım atıb və yeni onlayn oyunların təsdiqini dayandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni komputer oyunlarının təsdiqini dayandırma qərarı Çin hakimiyyəti ilə "Tencent" və "NetEase" kimi oyun sənayesinin qabaqcıl şirkətləri arasında keçirilən görüşdə qəbul edilib. Yeni oyunların təsdiqlənməsini dayandırma qərarının nə vaxta qədər tətbiq ediləcəyi ilə bağlı heç bir məlumat yoxdur.