Sevinc Qəribin "Ovcun əllərimin isti yuvası" kitabı çapdan çıxdı

9 Sentyabr 2021 17:02 (UTC+04:00)

Bu gün Azərbaycan poeziyasında gənc yazarlar arasında Sevic Qəribin heç kimə bənzəməyən, oxşamayan öz imzası, öz sözü var. Onun bir-birindən maraqlı şeirləri oxucuların böyük marağına səbəb olur. Çapdan çıxan kitabları isə şeirlərdəki obrazlı ifadələrinə, maraqlı sözaltı mənalarına görə böyük müzakirələr yaradır. Sevinc Qərib hər şeirində maraqlı tapıntılarına, ədəbiyyata gətirdiyi yeni sözlərə görə özünün çox böyük dərin təfəkkürə, təxəyyülə malik olduğunu tam sübut eləyir. Ədəbiyyat mütəxəssisləri, tənqidçiləri gələcəkdə Azərbaycanı poeziya sahəsində dünya səviyyəsində tanıda biləcək şairə kimi onun gələcəyinə çox inanırlar və ümid bəsləyirlər. Çox qısa vaxtda böyük oxucu marağı yaradan, maraqlı müzakirəyə çevrilən “Hardasa uzaqlarda” kitabından sonra Sevinc Qəribin nəfis şəkildə “Ovcun əllərimin isti yuvası” yeni şeirlər kitabı nəşr edilib.

"Elm və təhsil" nəşriyyatında nəfis şəkildə çapdan çıxan bu kitabın redaktoru tanınmış şair, jurnalist, publisist, tənqidçi Namiq Dəlidağlıdı.

Qeyd edək ki, çox maraqlı adı olan "Ovcun əllərimin isti yuvası" şeirlər toplusu istedadlı şairə Sevinc Qəribin "Hardasa o uzaqlarda..." kitabından sonra oxucuları ilə növbəti görüşüdü. Kitaba şairin son illərdə onu çox narahat edən və qələmə aldığı müxtəlif mövzuları əhatə edən poetik nümunələr toplanıb. İnanırıq ki, Srvinc Qəribin bu kitabı da böyük maraqla qarşılanacaq və maraqlı müzakirələr yaradacaq.

Lilpar CƏMŞİDQIZI,

Şairə-qəzəlxan