"Türkiyə hər zaman Azərbaycanın yanında olacaq" - Hulusi Akar

9 Sentyabr 2021 16:29 (UTC+04:00)

"Can qardaşımız Azərbaycan 30 illik işğaldan sonra Qarabağı 44 günlük "Tək vətən" əməliyyatı ilə azad edib. Bu müddətdə Azərbaycanın yanında olan Türkiyə bundan sonra da bütün imkanları ilə "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edəcək". SİA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə regionda, o cümlədən Qafqazda sabitliyə böyük əhəmiyyət verir, sülh və sabitliyin təmin olunması üçün bütün səyləri göstərir.