Rəsmi Kreml vəzifəsini yerinə yetirərkən həyatını itirən fövqəladə hallar naziri haqda açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada bu ifadələr yer alıb: "Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə ordu generalı Yevgeni Ziniçev vəzifəsini yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa və cəsarətə görə Rusiya Qəhrəmanı adına layiq görülüb".