XİN Tacikistanı təbrik edib

9 Sentyabr 2021 15:25 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Tacikistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

SİA-ya xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində məlumat verilib.

“Müstəqilliyinin 30-cu ildönümündə Tacikistanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Tacikistan!”, - məlumatda qeyd edilib.