Əli Əsədov rusiyalı həmkarına nazirin ölümü ilə bağlı başsağlığı verib

9 Sentyabr 2021 11:11 (UTC+04:00)

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

SİA-nın məlumatına görə, Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.