“Pəncşirin 65 faizinə nəzarət edirik”

9 Sentyabr 2021 09:41 (UTC+04:00)

Əfqanıstan Müqavimət hərəkatının sözçüsü Əli Nəzəri ölkənin Pəncşir əyalətindəki ərazisinin 60-65 faizini nəzarətdə saxladıqlarını bildirib.

O, bu barədə “CNN” telekanalında açıqlama verərkən bildirib. “Pəncşirdəki bütün strateji mövqelər bizim nəzarətimiz altındadır. Əsas yoldan taktiki olaraq ayrıldıq”-deyən Nəzərinin sözlərinə görə, müqavimət qüvvələri ilə döyüşlər zamanı “Taliban” ağır itkilər verib

Nəzəri, yaxın gələcəkdə Pəncşirin “Taliban”dan "tamamilə təmizlənəcəyini" də söyləyib.

Xatırladaq ki, avqustun 15-də Əfqanıstanı ələ keçirən terrorçular, prezident Əşrəf Qani hakimiyyətdən uzaqlaşdırdılar.

Hakimiyyətsiz qaln ğlkədə təkcə Pəncşir əyaləti “Taliban”a “boyun əyməyib mübarizəni davam etdirirdi. Qeyd edək bir müddət əvvəl Pəncşirin də taliblər tərəfindən nəzarətə götürüldüyü bildirilirdi.

Ağasəf