"Barselona" ona şans verəcək

9 Sentyabr 2021 00:46 (UTC+04:00)

"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo komandasının qarşıdakı oyunlarında meydana çıxacaq.

İspaniya mətbuatı xəbər verir ki, Kataloniya klubunun məşqçilər heyəti 29 yaşlı oyunçuya özünü sübut edə bilməsi üçün növbəti matçlarda şans vermək qərarına gəlib.

Daha əvvəl "Barselona"nın yayda braziliyalı futbolçu ilə yolları ayırmaq istədiyi, lakin onu alacaq klub tapa bilmədiyi bildirilmişdi.