İrlandiyanın Cork şəhərinin sakini 33 ildir ki, vəfat etmiş valideynlərinə görə pensiya alırmış. Bu barədə “Irish Times” nəşri məlumat yayıb.
SİA bu barədə xarici mətbuata istinad edir.
Beləliklə, 58 yaşlı Don O'Collagen, valideynlərinin ölümünü həbs edilənə qədər yerli sakinlərdən gizli saxlayıb. Hazırda irlandiyalı bir neçə yüz min avro oğurlamaqda ittiham olunur.
Polis məmuru Mick Nagle məhkəmədə, O'Collagenin 68 oğurluq da daxil olmaqla 73 cinayət törətdiyini söyləyib. Belə ki, o, polisə beş dəfə saxta sənəd təqdim edib.
İrlandiyalı vəkilin sözlərinə görə, o, bütün ittihamları etiraf edib imzalamağa hazırdır. Məhkəmə prosesi oktyabrın 26 -na təyin edilib. O'Collagen girov müqabilində sərbəst buraxılıb.
Nazlı