Rus turistlərin seçimi yenə Türkiyə oldu

8 Sentyabr 2021 22:53 (UTC+04:00)

Türkiyə Rusiya turizm sektorunda liderliyini davam etdirir.

SİA bu barədə Türkiyə mətbuatına istinad edir

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) sədri Maya Lomidze paytaxt Moskvada Rusiya turizm sektorunu qiymətləndirib.

Çıxışında xaricdə tətil tələbatında Türkiyənin indiyə qədər lider olduğunu diqqətə çatdıran Lomidze “Türkiyə 2021-ci ildə rus turistlər üçün ən populyar tətil yeridir. Turizm məqsədi ilə ziyarət edilə bilən 40 ölkə var, ancaq Türkiyədə tətil tələbatı bu ölkələrlə müqayisə edilə bilməz” deyib.

2019-cu ildə təxminən 6 milyon rus turistin Türkiyəyə səfər etdiyini xatırladan Lomidze deyib ki, 2021 -ci ildə turist axını 2020-ci il ilə müqayisədə xeyli çoxdur. Rusiyadan ilin sonuna qədər təxminən 4-4,5 milyon turistin Türkiyəyə səfər etməsini gözləyirik.