Məşhur sima Ceylan Ertem, Damla Sönmez və Demet Sağıroğlu 23 sentyabrda Turkcell Vadi Open Air-də Murat Mungan tərəfindən yazılmış unudulmaz mahnıları ifa edəcəklər. SİA xarici mətbuata istinadən xəbər verir ki, gecənin qonaq sənətçisi Uraz Kaygılaroğlu olacaq.
Simfonik orkestrə Alper Kömürcü rəhbərlik edəcək.
Onu da qeyd edək ki, mətbuat konfransında Demet Sağıroğlu "New Yorkdan konsert üçün gəldim" deyib.
Uraz Kaygılaroğlu, “Bu layihə üçün Kadıköydən gəldim. Ümid edirəm ki, yaxşı olar” deyə hamını güldürdü.
Turqay Musayev