AzRepin “Qızıl oğlanı” OFFSWEET ingilis dilində ilk albomunu təqdim etdi FOTOLAR

8 Sentyabr 2021 18:04 (UTC+04:00)

Müasir gənclərin ən sevdiyi musiqi janrlardan biridə şübhəsiz ki, repdir. Ilk olaraq 70-ci illərdə yaranan bu musiqi janrı sonralar bütün dünyaya, o cümlədən bizim ölkəmizdə geniş yayılmışdır. Azərbaycanda bu sahədə çoxsaylı gənc istedadlar vardır, lakin onların arasında bir gənc istedad fərqlənir. “OFFSWEET” adı altında fəaliyyət göstərən bu gəncin adı Aydın Şirinovdur (OFFSWEET soyadının dəyişdirilmiş formasıdı). SİA xəbər verir ki, Aydın 19 yaşında olduğuna baxmayaraq ADA Universitetinin Iqtisadiyyat Fakültəsinin 4-cü kurs tələbəsidir. Onun digərlərindən fərqi odur ki, o, bütün mahnılarını ingilis dilində yazır. Və artıq əldə etdiyi nailiyyətlərə görə həmkarları tərəfindən “qızıl oğlan” adlandırılır.

O həmçinin öz sənətini dünyaya ölkəmizin haqq səsini çatdırmaq üçün istifadə edir. Məsələn ikinci Qarabağ müharibəsi zamanı, o, Ermənistanı ifşa edən xüsusi mahnı təqdim etdi və həmin mahnı böyük rəğbətlə qarşılandı. Mahnını adı isə “Retweet” qoyaraq elə bil ki, möhtərəm Prezidentin qələbə Tweet-lərinə istinad edirdi.

OFFSWEET artıq bir neçə yerli və xarici artistlərlə də birgə layihələrə imza atmışdır. Məsələn o digər gənc istedadlarla bir yerdə “NEW SCHOOL” adlı albom təqdim etmişdir.

Bundan əlavə o qardaş Türkiyənin sənətçisi ilə də birgə layihəyə qoşulmuşdur.

Və nəhayət bu günlərdə Aydın özünün ilk ingilis dilində tam albomunu təqdim etmişdir. “Xəzərin Ətrafında“ adlı alboma bir neçə maraqlı kompozisiyalar daxil edilmişdir.

Biz isə öz tərəfimizdən bu gənc istedada yalnız yeni uğurlar arzulayırıq.