Liderlər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı FİKİR MÜBADİLƏSİ APARIBLAR

8 Sentyabr 2021 16:35 (UTC+04:00)

Avropa Şurasının rəhbəri Şarl Mişel, ilk öncə Əfqanıstanda baş verənləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında müzakirə edib. SİA xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Twitterdə yazıb.

"Rusiya prezidenti ilə Əfqanıstanda baş verən son hadisələri və bunların bölgəyə təsirini müzakirə etdim. AB və Rusiya regional sabitlikdə maraqlıdır", deyə Mişel Twitter-də qeyd edib.

O, həmçinin Rusiya lideri ilə söhbət zamanı Aİ -nin Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqlədiyini, Aİ və Belarus sərhədlərində miqrasiya böhranı ilə bağlı məsələni qaldırdığını da vurğulayıb.

Bundan əlavə, Mişelin sözlərinə dörə, liderlər "qarşılıqlı etimad və dialoqa" nail olmaq lazım olan Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinin perspektivləri ilə bağlı fikir mübadiləsi də aparıblar.

Xatırladaq ki, Taliban bir ay əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, 15 avqustda Kabilə girib və ertəsi gün müharibənin bitdiyini bildirib. Avqustun 31-nə keçən gecə ABŞ ordusu Əfqanıstanda ABŞ-ın təxminən 20 illik mövcudluğuna son qoyaraq Kabil hava limanını tərk edib.

Sentyabrın 6 -da Taliban, Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə götürüldüyünü açıqlayıb. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb. Hökumətə ilk Taliban idarəetməsi dövründə xarici işlər naziri işləyən və BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axund rəhbərlik edəcək.