Neftin qiyməti bahalaşıb

8 Sentyabr 2021 09:14 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,04% artaraq 1 barelə 71,72 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,22% artaraq 68,5 dollar olub.