“...Rusiya “kökündən yeni bir şeylə” üzləşəcək”

8 Sentyabr 2021 07:17 (UTC+04:00)

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Vladimir Putinin hakimiyyətdən getdikdən sonra bu ölkədəki mövcud siyasi sistemin “kökündən yeni bir şey”lə əvəz olunacağını söyləyib.

Amerika Birləşmiş Ştatları, Rusiya və Çin arasındakı əlaqələr mövzusunda keçirilən bir onlayn konfransda danışan Makfolın filirləri böyük bir marağa səbəb olub.

Maraqlıdır, görən Vladimir Putinin 20 illik hakimiyyətindən sonra, doğrudnmı, bu ölkədə eyni siyası sistem işləyəcək? Yoxsa, onu Makfol demişkən, kökündən yeni bir şey əvəz edəcək?

“RİA Novosti” xəbər verir ki, diplomatın sözlərinə görə, birinci proqnoz radikal, ikincisi isə daha çox gözləniləndir.

Qeyd edək ki, Makfol onlayn konfransda Rusiya tarixi məlumatlarına əsaslanaraq dediklərinin öz şəxsi fərziyyələri olduğunu da etiraf edib. Onun fikrincə, bir liderin onilliklər boyu ölkəni idarə etməsindən sonra ona, onun fəaliyyətinə, təbii ki, “ümumiyyətlə reaksiyalar olur”.

Amerikalı siyasətçi, Leonid Brejnevin idarə etdiyi 20 illik hakimiyyətdəki durğunluğu “Xruşşov dövründə Stalin əleyhinə hərəkatı”, Qorbaçovun hakimiyyəti dövründəki yenidənqurmnı nümunə göstərib.

Ağasəf