İtaliyada koronavirusa qarşı üçüncü peyvənd aparılacaq

8 Sentyabr 2021 01:01 (UTC+04:00)

Sentyabrdan İtaliyada koronavirusa (COVID-19) qarşı peyvəndin üçüncü dozasının tətbiqinə başlanılacaq.Bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.

Nazir bildirib ki, İtaliya sentyabrdan xüsusilə həssas əhali qrupu, onkoloji və transplant xəstələr üçün COVID-19 peyvəndinin üçüncü dozasını tətbiq etməyə başlayacaq. Avropa Dərman Agentliyi (EMA) və Xəstəliklərin qarşısının alınması və nəzarət olunması üzrə Avropa Mərkəzi (ECDC) bununla bağlı rəyini bildirib.

Peyvəndin üçüncü dozasının tətbiqinin sonrakı mərhələdə yaşı 80-dən yuxarı olanları, qocalar evlərində qalanları və səhiyyə işçilərini əhatə etməsi nəzərdə tutulur.