Ukraynada ruslara qarşı sanksiyalar tətbiq edilib

8 Sentyabr 2021 00:13 (UTC+04:00)

Ötən gün Ukrayna prezidenti Vladimir Zelenski, şəxsi sanksiyaların qüvvədə olduğu Rusiya vətəndaşlarının siyahısını genişləndirib. Siyahı Ukrayna liderinin ofisinin saytında dərc edilib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Beləliklə, Zelenskiy şəxsi sanksiyası ilə Rusiya ordusunun polkovnik -leytenantı İvan Kuznetsova qarşı xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlər tətbiq etdirib. Qeyd edək ki, rus zabitinin sanksiyalarının siyahısında 15 maddə var.

Bundan əlavə Ukrayna hakimiyyəti Krım sakini Olqa Kalininaya qarşı məhdudlaşdırıcı üç tədbir tətbiq edib.
Qeyd edək ki, həmin məhdudlaşdırıcı tədbirlər üç il müddətinə etibarlıdır.

Zelenski öz fərmanı ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirib.

Bundan əvvəl Zelenski jurnalist Anatoli Şfhbya və ona aid olan mənbələrə qarşı da sanksiyalar tətbiq etmişdi.

Ağasəf