"İqtisadi sistemə zərəri ola bilər"

7 Sentyabr 2021 17:51 (UTC+04:00)

Kremlin sözçüsü Peskov, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, Mərkəzi Amerika ölkəsi olan El Salvadorun kriptovalyutası "Bitkoin"dən qanuni bir vasitə olaraq istifadə etməyə başladığını deyib. Rusiyanın hələ belə bir addım atmağa hazır olmadığına işarə edən Peskov deyib: "Rusiyanın belə addımlara hazır olmadığı aydındır. Hələlik bu cür addımların atılması üçün ən kiçik bir səbəb yoxdur".

Peskov, kriptovalyutaların ənənəvi maliyyə alətləri ilə birləşdirilməməsi lazım olduğunu irəli sürərək deyib: "Bu cür qismən valyutaların maliyyə alətləri ilə birləşdirilməsinin yalnız iqtisadi sistemə zərəri ola bilər".