"Müəllimlik yalnız mənim etdiyim bir iş deyil"

7 Sentyabr 2021 17:12 (UTC+04:00)

ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Jill Bayden, Şimali Virciniya Universitetində dərslərini davam etdirəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdəki vəzifələri xaricində tam zamanlı işləyən ABŞ-ın birinci xanımı Bayden, "Good Housekeeping" jurnalına, heç bir şeyin əvəz edə bilməyəcəyi şeylərin olduğunu və universitetə ​​qayıtmaq üçün səbirsiz olduğunu deyib. Yeni növ koronavirus (Kovid-19) epidemiya tədbirləri çərçivəsində bir ildən çoxdur ingilis dili müəllimi olaraq onlayn dərs deyən Bayden, Şimali Virciniya Universitetində üz-üzə təlimlərə başlayacağını deyib. Jill Bayden, hər zaman karyerası olan bir qadın olmaq istədiyini ifadə edərək deyib: "Müəllimlik yalnız mənim etdiyim bir iş deyil. Mənliyimdir".