"Adınızı yazsanız minlərlə bəyənmə alacaqsınız"

7 Sentyabr 2021 16:59 (UTC+04:00)

Lauren adlı bir "Twitter" istifadəçisi, "Adınızı yazsanız minlərlə bəyənmə alacaqsınız" deyə, "Ulduz döyüşləri" serialı ilə tanınan ABŞ aktyoru Mark Hamillə etiket yazıb. SİA xarici mətbuaat istinadən xəbər verir ki, Mark Hamill də bu tvitdən sitat gətirib və sadəcə adını yazıb.

Yazı 17 saat ərzində 511 min bəyənmə toplayıb.

Ayşən Vəli