Azərbaycanda ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

7 Sentyabr 2021 16:25 (UTC+04:00)

Azərbaycanda ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

SİA xəbər verir ki, bu barədə "koronavirusinfo.az" saytında məlumat yayılıb.

Ən yüksək yoluxma Bakı şəhərindədir. Burada yoluxma 54,6 faiz təşkil edir.

Yoluxma Abşeronda 13,3 faiz, Aranda 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Quba-Xaçmazda 3,0 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 13 faiz təşkil edib.