Fransız kinosuna böyük itki

7 Sentyabr 2021 15:57 (UTC+04:00)

Fransız kinosunun məşhur aktyorlarından olan Jean-Paul Belmondo 88 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belmondonun vəkili məşhur aktyorun Parisdəki evində öldüyünü açıqlayıb. 9 aprel 1933-cü ildə Parisin kənarındakı Neuillysur-Seine şəhərində dünyaya gələn Belmondo, məşhur bir fransız rəssam və heykəltəraşın oğlu olaraq gəncliyində özünü boks və futbolda inkişaf etdirib. 60 illik karyerasında 80 filmə uyğun olan "Bebel" kimi də tanınan aktyor, son 50 ildə çəkdiyi filmlərlə dünya kinosunun tarixinə damğasını vurub. Məşhur aktyor 2001-ci ildə beyin qanaması keçirmiş, lakin idman təcrübəsi və inadkar təbiəti ilə xəstəliyinə qalib gəlmişdir.